“Sözün düzü, Azərbaycanda boşanmaların sayına biz də məəttəl qalmışıq. Dövlət gənclər üçün hər cür şərait yaradır, yetkinləşməkdə olan nəslin inkişafına hər cür dəstək olur. Bununla belə, bizim cəmiyyətə yad olan hallarla qarşılaşırıq”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Aqiyə Naxçıvanlı Media.az-a müsahibəsində deyib. O, bildirib ki, bir çox ölkələrdə analoji göstəricilərin Azərbaycandakı rəqəmləri üstələdiyi təsdiqini tapsa da, bizim ölkəni başqaları ilə müqayisə etmək düzgün olmaz. Ona görə ki, bizdə uzun əsrlərdən kök salan tam fərqli əxlaqi-mənəvi dəyərlər var: “Mənə elə gəlir ki, burada bir sıra nüanslar qeyd olunmalıdır. Məsələn, bəzən bizim gənclər ailə qurmağa tələsir, hərtərəfli düşünmədən bu addımı atır.
Bəzi hallarda valideynlərin təkidi ilə bağlanan nikahlar belə acınacaqlı nəticələrə gətirib-çıxarır. Erkən nikahlar və ər-arvadın bir-birini anlamaması da buna misal gətirilə bilər. Marqarita pizza
Bundan başqa, gənclərin ailə qurmağa və ümumilikdə, ailə həyatına hazır olub-olmaması da öz rolunu oynayır. Belə olan hallarda insanlar hər şeyə həddindən artıq nikbin yanaşır, onun nəticələri barədə düşünmür, ailənin kiçik bir dövlət olduğu və bu "dövlət"də qarşılıqlı hörmət, qarşılıqlı anlayış, güzəştə getmə və digər vacib şərtlərin olduğu barədə düşünmür.
Ən təhlükəlisi odur ki, bir çox cütlüklər heç də övladlarının olmamasına görə boşanmır. Nəticədə, əmlak bölgüsü gedən vaxt uşaqlar ortada qalır. Məhkəmə işləri onlarda mənəvi travma yaradır. Əsl ailədə birlik, qarşlılıqlı anlayış, qarşlılıqlı hörmət, bağışlama və dinləmə bacarığı olmalıdır. Bu, çox vacib şərtdir.
Onu da əlavə edə bilərəm ki, bəzən gənc ailələrin dağılmasında onların həyatına müdaxilə edən valideynlər böyük rol oynayır. Onlar bu müdaxilələri və nəyi necə etməli olduqlarına dair "tövsiyə"ləri ilə cütlük arasındakı ixtilafları daha da kəskinləşdirir.
Bəzən özümə belə bir sual verirəm. Bəs bizə xas olan ailə dəyərləri necə oldu? İnsanların milli mənəvi-əxlaqi dəyərlərdən uzaq düşməməsi üçün biz bir SOS siqnalı göndəririk”.
Telegram kanalımız