Azərbaycanda bu bank kredit faizlərini artırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu bank kredit faizlərini artırdı

İqtisadiyyat

17 Aprel 2025 09:25 278


“Azər Türk Bank” kredit faizlərini artırıb. 

Valyuta.az-ın əldə etdiyi məlumata görə, bank aprel ayının 16-dan etibarən 12 aydan 48 ayadək olan kreditləri komissiya xərci daxil olmaqla 1% artırıb. 

Belə ki, bank 24 ayadək olan istehlak kreditləri üzrə faizləri 14,5%-dən 15%-ə, 36 ayadək olan kreditləri 15,5%-dən 16%-dək,  komissiya xərcləri isə hər iki müddət üzrə 0,5%-dən 1%-ə kimi artırılıb.  Dominos pizza

ATB 48 ayadək istehlak kreditlərinin faizlərini isə 16,5%-dən 17%-ə, komissiya xərcini isə 1%-dən 1,5%-ə qaldırıb. Bank ümumilikdə 3-48 ay müddətinə 40 min manatadək kredit təklif edir. 

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə, 12,4%-i Türkiyənin "Ziraat Bank"ına, 1,1%-i "Ziraat Bank İnternational"a, 6,5%-i "AzRe Təkrarsığorta"ya, 5%-i isə "Qala Həyat Sığorta"ya məxsusdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!