Azərbaycanda bu dövlət qurumu onlayn fəaliyyətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu dövlət qurumu onlayn fəaliyyətə keçdi

İqtisadiyyat

18 Mart 2020 14:25 824


“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. 

“Yeni Sabah” xəbər verir ki, qurumun açıqlamasında bildirilir ki, artıq bu gündən etibarən Facebook və İnstagram vasitəsilə canlı bağlantı, eləcə də Whatsapp üzərindən müraciətlərin qəbulu həyata keçirilir. 

Cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcəkr. “Əsasən, yeni whatsapp nömrəmiz üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün  xidmətlər barəsində məlumat ala bilərsiniz. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi Facebook və İnstagram səhifələrində canlı bağlantı həyata keçiriləcək.  pizza mizza

Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. 

Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, Facebook, İnstagram, info@azerishiq.az və whatsapp nömrəmizə də yönləndirə bilərlər”. 

Whatsapp nömrə: +994772176762

Facebook səhifəsi: Azərişıq ASC 

İnstagram səhifəsi: Azərişıq ASC

Sayt: https://www.azerishiq.az/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!