Azərbaycanda bu il sənaye istehsalı 31 mlrd. manatı ötüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu il sənaye istehsalı 31 mlrd. manatı ötüb

İqtisadiyyat

10 İyul 2025 12:58 288


Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyun aylarında 31,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,3 faiz artıb.

Məlumata görə, sənaye məhsulunun 61,8 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Toyuqlu pizza

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb”, - məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!