Azərbaycanda bu kredit təşkilatı borca düşüb, ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu kredit təşkilatı borca düşüb, ləğv olunur

İqtisadiyyat

16 İyul 2025 09:26 612


“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Bank Olmayan Kredit Təşkilatı (BOKT) ləğv olunur.

Yenisabah.az bu barədə BOKT-yə istinadən xəbər verir.

Ləğv olunduğunu elan edən BOKT kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər. Toyuqlu pizza

Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” BOKT 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 324 166 manat, qanuni təmsilçisi isə Samir Cəlilovdur.

Kredit təşkilatının dövlət qarşısında vergi borcu da yaranıb. Bu günə olan məlumata əsasən, BOKT-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1433.16 manat borcu mövcuddur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!