Azərbaycanda bu qədər kişi atalıq məzuniyyətinə çıxıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu qədər kişi atalıq məzuniyyətinə çıxıb

Sosial

04 Mart 2026 16:02 273


100-dək kişiyə ödənişli atalıq məzuniyyəti verilib.

Bu barədə Yeni Sabah”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib. Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir. pizza hut

İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!