Azərbaycanda bu qurumun əməkdaşında koronavirus tapılıb? -   İdarə binasına giriş dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu qurumun əməkdaşında koronavirus tapılıb? - İdarə binasına giriş dayandırıldı

Hadisə

07 May 2020 20:03 1410


Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşlarından birində koronavirusa yoluxma aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, QSC-nin Kadrlar Şöbəsinin əməkdaşlarından birinin yeni növ koronavirusa (COVİD-19) yoluxması müəyyənləşdirilib.

Hazırda Azərbaycan Dəmir Yolları QSC-nin mərkəzi binasında iş dayandırılıb və əməkdaşlara bildirilib ki, ən azı bir həftə müddətindən idarə binasına giriş mümkün olmayacaq. pizza mizza

Sözügedən əməkdaşın iş zamanı kimlərlə kontaktda olması müəyyənləşdirilir.

İlkin ehtimallara görə, Kadrlar Şöbəsinin bütün əməkdaşları iki həftəlik karantinə götürüləcəklər.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!