Azərbaycanda bu rayonda giriş-çıxış qapadıldı –   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu rayonda giriş-çıxış qapadıldı – Fotolar

Rəsmi

05 İyul 2020 12:52 5535


Ölkəmizdə bir neçə şəhər və rayonda tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Şəkidə də rayonun giriş-çıxışlarında polis postları qurulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, şəhərdə hərəkətin daim intensiv olduğu küçə və prospektlərdə hazırda boşluq müşahidə edilir.

Polis əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən mərkəzi küçələrlə yanaşı məhəllə arası yollara da nəzarət edilir. Sakinlərin əksəriyyəti tərəfindən karantin rejimi anlayışla qarşılansa da, bir neçə şəxs qaydaları pozduqları üçün barələrində qanunauyğun tədbirlər görülüb. Pepperoni pizza

Qeyd edək  ki, dünəndən etibarən polis əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb, onlara sərtləşdirilmiş karantin rejiminin tələb və qaydalarını izah ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!