Azərbaycanda bu şəxslər 300 manat cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslər 300 manat cərimələnəcək

Siyasət

14 Yanvar 2023 16:20 1176


Ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əlavə edilən yeni - 562-1-ci maddəyə əsasən, ölümün qeydə alınmasının pozulmasına görə cərimə müəyyənləşib. Pepperoni pizza

Belə ki, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Səhiyyə Nazirliyi tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə də vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!