“Azərbaycanda bütün telekanallar bayağı musiqini təbliğ edir“ - Xalq artistindən şok ittiham   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda bütün telekanallar bayağı musiqini təbliğ edir“ - Xalq artistindən şok ittiham + Video

Mədəniyyət

18 Fevral 2022 16:16 2148


Hər gün taksidə və ya ictimai nəqliyyatda, hətta telekanallarda “bayağı” deyilən mahnıları eşidirik. Bu cür musiqilərin kütləviləşməsi artıq gündəlik həyatımızın reallığıdır.

Son günlərdə sosial mediada olunan müzakirələrdə bu mahnılar ciddi insanlar tərəfindən qınaq obyektinə çevirilib.

Bəs bayağı musiqilərlə necə mübarizə aparmaq lazımdır? pizza hut

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Faiq Sücəddinov bunun günahının televiziya kanallarında olduğunu deyib. Bəstəkar bu tip mahnıları dinləmədiyini bildirib:

“Azərbaycanda bütün telekanallar bayağı musiqini təbliğ edir. Onlar Azərbaycan musiqisini deyil, qeyri-Azəraycan musiqisini təbliğ edirlər. Məsələ ondarır ki, gedib səbəbini telekanallardan soruşmaq lazımdır. Məndən niyə soruşursunuz? Bəstəkar kimi məndən soruşmaq lazım deyil. Həmin mahnılara qulaq asanlar bunu düşünsün, mən bəstəkar kimi onlara qulaq asmıram. Siz, sizin valideynləriniz, uşaqlarınız həmin mahnılara qulaq asır, götürün həmin telekanallara bir məktub yazın ki, bu musiqiləri niyə verirsiniz?  Mənim rəyimlə nə olacaq, bu onlara nə verəcək?”

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Bütün mətbu vasitələr də onların informasiya dəstəkçisidir. Mədəniyyət Naziri dəyişir, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri dəyişir, televiziyalarda dəyişiklik edilir, amma yenə eyni vəziyyət..
    4 years ago
  • RAHİM
    SANKİ AZƏRBAYCANDA CİDDİ MAHNI YAZILMIR.
    4 years ago
  • фахраддин
    Bütün kanallar bayağı olduğu üçün bayağı mahnılar səsləndirirlər. Bədbəxtçilik ordadır müğənnilərimizin çoxu xalq mahılarımızı da bayağılaşdırıb oxuyurlar. Buna son qoymaq lazımdır!
    4 years ago