Azərbaycanda COVID-19-un “Omikron” ştamı aşkarlanıb?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda COVID-19-un “Omikron” ştamı aşkarlanıb?

Sağlamlıq

05 Yanvar 2022 19:23 1346


Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən “xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PCR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir. pizza mizza

Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada “Omikron” variantı ilə uyğun nəticələr aşkar edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!