Azərbaycanda COVİD-un hansı ştammı yayılıb? - AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda COVİD-un hansı ştammı yayılıb? - AÇIQLAMA 

Sosial

20 Sentyabr 2024 11:00 290


Azərbaycanda koronavirusla bağlı epidemioloji durum sabitdir. Ölkədə rast gəlinən əsas ştamm "Omikron"un müxtəlif altnövləridir. Virusun mutasiyaya uğraması onun təbii təkamülü olaraq, bütün dövrlərdə davam etməkdədir. 

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib. 

Onun sözlərinə görə, hansısa bir alt növün yayılma səviyyəsinin sekvenləşmə vasitəsi ilə müəyyən edilməsi hazırda infeksiya ilə mübarizə və əksepidemik tədbirlərin planlaşdırılması baxımından praktik əhəmiyyət kəsb etmir:  Pepperoni pizza

"Bu altnövlər təxminən eyni klinik əlamətlərlə müşayiət olunur və bunlara görə altnövün müəyyən edilməsi mümkün deyil. Onların hər biri digərindən yoluxuculuq sürətinə görə fərqlənsə də, immunkompetent şəxslərdə heç biri ağır xəstəlik törətmir. Müxtəlif alimlər tərəfindən koronaviruslara qarşı tətbiq edilən peyvəndlərin yeni yaranan ştamlara qarşı da müəyyən qədər effektiv olması barədə ehtimallar səslənməkdədir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!