Azərbaycanda çox sayda hərbçi minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çox sayda hərbçi minaya düşdü

Hadisə

06 Avqust 2025 01:14 27470


Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, rayonun Vəng kəndi ərazisində "Ural" markalı avtomobil tank əleyhinə minaya düşüb.

Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Pepperoni pizza

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bakidan
    Allah hamisina wefa versin. Cox pis hadisedir, bu sakit zaman ucun. Cavabdeh insanlar, mesuliyyete celb edilmelidir..
    9 months ago