Azərbaycanda çoxuşaqlı anlayışı 5-dən 3-ə endiriləcək? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda çoxuşaqlı anlayışı 5-dən 3-ə endiriləcək? - AÇIQLAMA

Sosial

06 Fevral 2025 17:43 320


Bir neçə dəfə Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Belə ki, çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. 

Bəs görəsən, hazırda bu istiqamətdə hansısa yeniliyin olması gözlənilir?

Yenisabah.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev "Unikal"a açıqlamasında bildirib ki, bu məsələ gündəmdədir və müzakirə mövzusudur. Onun sözlərinə görə, demoqrafik inkişafla bağlı dövlət proqramı hazırlanacaq: Toyuqlu pizza

"Azərbaycanda əhalinin artımı, dinamikası, yaş tərkibi və s. ilə bağlı proqram qəbul olunmalıdır. Vaxtilə belə bir prorqma olub. 15 ildən bundan qabaq qəbul olunmuş proqram var idi. İndi yəqin ki, yeni proqram qəbul olunacaq. Orada bu məsələ öz əksini tapa bilər. Beş uşaq həqiqətən də çoxdur", - deyə komitə sədri vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!