Azərbaycanda da satılan “fast-food”lardakı Çin duzu TƏHLÜKƏSİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda da satılan “fast-food”lardakı Çin duzu TƏHLÜKƏSİ

Sağlamlıq

10 Mart 2020 17:54 1298


Türkiyədə yemə arzusunu yaradan, doyma hissinin qarşısını alan Çin duzunu qadağan etmək üçün Böyük Millət Məclisinə təklif verilib.

Bu məhsuldan bütün “fast-food” restoranlarında dadlandırıcı maddə kimi istifadə olunduğu deyilir. Lakin bu duzun insan bədəninə ziyanları saydıqlarımızla bitmir. Bundan əlavə bu duz piylənməyə və epilepsiyaya səbəb olur.

Bəs bu qədər zərərli bir maddənin ölkəmizdə qadağan olunmamasının səbəbi nədir?  pizza sifarişi

Məsələ ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən qida üzrə ekspert İsa Əliyev bildirib ki, bu tip qidalar məhsulun tərkibində kodlarla ifadə olunduğu üçün alıcılar bunu fərq etmitlər. “Bir çox “fast-food”larda, cipsilərdə, krakerlərdə, kolbasa və sosiskalarda Çin duzundan istifadə olunur. “Çin duzu” sadəcə bir deyimdir, əslində həmin maddə monosodium-kulkanatdır. İstər Çində, istərsə də başqa ölkələrdə də var və gətirilir. Maddənin belə adlandırılması Çində bundan kafe və restoranlarda bundan daha çox istifadə olunmasıyla bağlıdır. Bu maddə insanda asılılıq yaradır. Dilin üzərindəki bəzi reseptorlar həmin dada qarşı hədsiz həssasdırlar. Bu maddə ilə hazırlanmış məhsullarda şirin, duzlu və turş dadın qarışımı bir dad olur ki, bu da insanda asılılıq yaradır. Əlbəttə, bu maddənin zərəri var, amma bu mübahisəli mövzudur. Amma nəticə etibarilə bir maddə insanda asılılıq yaradır, piylənməyə səbəb olur. Bunun davamında şəkər xəstəliyi yaranır. Həmçinin, bu maddə insanın əsəb-sinir sistemini də korlaya bilir. Hətta deyilənə görə insanda diqqət pozulmasına belə səbəb olur. Alergiyalı insanlar mütləq şəkildə bu maddədən istifadə etməməlidir. Xüsusilə, hamilə qadınlar bu maddədən uzaq durmalıdırlar. Çünki ana nə ilə qidalanırsa, körpələri də birbaşa onunla qidalanır. Belə olan təqdirdə körpəsində bu bır sıra fəsadlarla nəticələnə bilər”.

Mütəxəssis bu maddənin hansı səbəbdən qadağan olunmamasına da aydınlıq gətirib: “Bu maddəyə hər hansısa bir qadağa yoxdur. Bunun səbəbi isə sözügedən maddənin zərərləri ilə əlaqədar yazılmış elmi məqalələrin olmamasıdır. Bu məhsul təkcə Çindən gətirilmir, əgər Çindən gətirilmiş məhsulların hamısına qadağa qoyulubsa, böyük ehtimalla Çin duzuna da qadağa qoyulub. Bunu çox vaxt məhsulların tərkib hissələrində E621 kodu ilə kodlaşdırırlar. Bəlkə də orada monosodium-kulkanat və ya Çin duzu yazsalar, istehlakçılar həmin məhsulu almazlar. Amma bu koddan istifadə etdikləri üçün, alıcıların əksəriyyəti bunun nə demək olduğunu bilmir. Bəzi “fast-food” restoranlarında bu maddədən istifadə olunduğunu heç bildirmirlər. Bu cinayət xarakteri daşıyır. Bu kimi faktlar ancaq analiz, laboratoriya şəraitində araşdırılıb, təsdiq edilməlidir”. 

Sabrina Eldarqızı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!