Azərbaycanda daha 139 nəfər yoluxdu - Ölən yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 139 nəfər yoluxdu - Ölən yoxdur

Sağlamlıq

20 Avqust 2020 17:07 693


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına  139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yenisabah.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir.

Son sutkada koronavirusdan ölüm faktı olmayıb. pizza mizza

İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, 1 738 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174, bu günə qədər isə ümumilikdə 855 802 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!