Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu,   bir nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu, bir nəfər öldü

Sağlamlıq

11 Oktyabr 2020 17:46 1392


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 41 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 357 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 016 nəfərdir. pizza mizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 064, ötən müddət ərzində isə ümumilikdə 1 176 720 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!