Azərbaycanda daha 27 nəfər koronavirusdan vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha 27 nəfər koronavirusdan vəfat etdi

Sağlamlıq

27 Aprel 2021 16:37 907


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 307 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 315 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 786 nəfər müalicə olunaraq sağalıb, 4 429 nəfər vəfat edib. 27 904 nəfər aktiv xəstə sayını təşkil edib. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 649, bu günə qədər isə ümumilikdə 3 206 917 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!