Balakəndə ağır yol qəzası qeydə alınıb. Hadisə ötən gün axşam saatlarında Balakən-Qazma avtomobil yolunda baş verib.
Qazma kənd sakini, Yusif Hacıyevin idarəetdiyi minik avtomobili ilə Bedağar kənd sakini, 1985-ci il təvəllüdlü Azər Əlihacı oğlu Qandayevin idarə etdiyi minik avtomobili toqquşub. Qəza zamanı sürücü Yusif Hacıyev xəsarət almasa da, avtomobildə olan anası, 1964-cü il təvəllüdlü Əmanət Qurban qızı Hacıyeva, gəlinləri 1993-cü il təvəllüdlü Türkanə Sultan qızı Hacıyeva və digər avtomobilin sürücüsü A.Qandayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan Ə.Hacıyeva əməliyyat edildikdən bir qədər sonra xəstəxananın Reanimasiya şöbəsində ölüb. pizza hut
Digər yaralıların vəziyyətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
APA
Telegram kanalımız