Azərbaycanda daha bir turizm kompleksi yaradılır - Palçıq vulkanının ərazisində

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir turizm kompleksi yaradılır - Palçıq vulkanının ərazisində

İqtisadiyyat

29 Noyabr 2019 09:35 1244


"2020-ci ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük turizm kompleksinin yaradılması nəzərdə tutulub".

"Yeni Sabah"ın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək: "Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək". Dördpendirli pizza

Aparat rəhbəri bildirib ki, hazırda palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: "Proses kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri artıq yekunlaşdırılıb"./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!