Millimizin sabiq baş məşqçisi Robert Prosineçki yenidən yığmamıza qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında yenidən millimizdə çalışa biləcəyini söyləyib:
"Hər şey mümkündür. Yaşayıb, görəcəyik. Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var". pizza
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb. Təcrübəli mütəxəssis ötən ay Bosniya və Hersoqovina millisindən ayrılıb.
Telegram kanalımız