Azərbaycanda daha iki nəfər güllələndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha iki nəfər güllələndi

Kriminal

29 İyun 2024 23:44 1201


Astarada güllələnmə olub, bir nəfər ölüb.

"Report"un məlumatına görə, hadisə Şüvi kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirməkdə şübhəli bilinir. Sonra o, özünün baş nahiyəsindən atəş açıb. Sezar pizza

B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi başından güllələyərək qətlə yetirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!