Azərbaycanda daha iki nəfərdə koronavirus tapıldı -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha iki nəfərdə koronavirus tapıldı - RƏSMİ

Hadisə

09 Mart 2020 23:30 540


İrandan qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə "Yeni Sabah"a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. 

Bildirilir ki, hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Dördpendirli pizza

Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!