Azərbaycanda dəhşətli hadisə: 30 yaşlı qız dayısını baltaladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli hadisə: 30 yaşlı qız dayısını baltaladı

Kriminal

07 Avqust 2019 11:57 1466


Şüvəlan qəsəbəsində qız dayısına balta ilə hücum edib.

"Yeni Sabah" bildirir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1949-cu il təvəllüdlü Adil Mənsur oğlu Şükürov bacısı qızı, 1989-cu il təvəllüdlü Dibirova Elvira Şaban qızının hücumuna məruz qalıb. Belə ki, 30 yaşlı qız balta ilə dayısına xəsarət yetirib. pizza

Hadisəni törədən E.Dibirovanın ruhi-əqli vəziyyətinin yerində olmadığı qeyd edilir.

Yaralı A.Şükürov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!