Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Dörd nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Dörd nəfər həlak oldu

Kriminal

05 İyun 2025 08:34 1548


Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı divara çırpıb. Dördpendirli pizza

Nəticədə avtomobildə olan dörd nəfər hadisə yerindəcə həyatını itirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər, Fərəhli kənd sakinləri - avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyevdir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!