Bərdədə dəhşətli qəza: Traktor kanala aşdı, sürücü boğulub öldü

saytların hazırlanması

Evə çatdırılma

Bərdədə dəhşətli qəza: Traktor kanala aşdı, sürücü boğulub öldü

Hadisə

07 İyul 2020 21:58 1044


Bərdədə kanala düşən traktorun sürücüsü boğularaq ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə “Yuxarı Qarabağ” su kanalının rayonun Güloğullar kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri traktorun sürücüsü Güloğullar kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Yelmar Çingiz oğlunun meyitini, traktorda olan Cəlilabad rayon sakini, 38 yaşlı Adıgözəlov Aydın Səfalı oğlunu isə yaralı vəziyyətdə sudan çıxarıblar. A.Adıgözəlov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!