Azərbaycanda deputat 1.4 milyona torpaq satır - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda deputat 1.4 milyona torpaq satır - Fotolar

İqtisadiyyat

06 Noyabr 2019 11:08 1963


Millət vəkili, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Gənclik metrosu yaxınlığında, "Milyonerlər məhəlləsi" adlandırılan ərazidə 5 sot torpaq sahəsini satışa çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Jurnalistin sözlərinə görə, millət vəkili torpaq sahəsinə 1,4 milyon manat qiymət qoyub. Ərazi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub. pizza mizza

Sabir Hacıyevin oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan təcili qrifi ilə yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!