Azərbaycanda dörd aylıq uşaq koronavirusa yoluxdu - Azyaşlı uşaqları necə qoruyaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dörd aylıq uşaq koronavirusa yoluxdu - Azyaşlı uşaqları necə qoruyaq? - Video

Sağlamlıq

06 Sentyabr 2021 23:56 2236


Son günlər uşaqlar arasında koronavirusa  yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi dörd aylıqdır, ən böyüyünün isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib. 

Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda  koronavirusun mənfi təsirləndikləri müşahidə olunur. Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.

Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür. Toyuqlu pizza

Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!