Azərbaycanda dövlət qurumu    LƏĞV EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dövlət qurumu  LƏĞV EDİLDİ

Sosial

12 Yanvar 2026 12:39 8908


Naxçıvan Muxtar Respublikasında Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib.

“Yeni Sabah”ın məlumatına görə, müvafiq qərar Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən qəbul olunub. 

Qərara əsasən, “Naxçıvan Tibbi Sosial-Ekspert Komissiyasının yaradılması və ştat cədvəlinin təsdiq edilməsi haqqında” 2016-cı il 5 dekabr tarixli, 114 nömrəli qərarın 1-ci hissəsi də ləğv edilib. Həmçinin bildirilib ki, bu qərardan irəli gələn məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunur. Qərar imzalandığı gündən qüvvəyə minib. Dominos pizza

Qeyd edək ki, Naxçıvan Tibbi Sosial-Ekspert Komissiyası 2008-ci ildə yaradılıb. Komissiyanın əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial ekspertizasının aparılması, əlillik dərəcəsinin və səbəbinin müəyyən edilməsi, əmək qabiliyyətinin qiymətləndirilməsi, eləcə də reabilitasiya ehtiyaclarının müəyyən olunması olub. Bu qurumun rəyləri əsasında vətəndaşların sosial müavinətlərə, reabilitasiya vasitələrinə və digər sosial təminat mexanizmlərinə çıxışı formalaşdırılırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!