Azərbaycanda ən çox səs Ərdoğana verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən çox səs Ərdoğana verildi

Siyasət

15 May 2023 09:54 771


Türkiyə prezidenti və parlament seçkiləri üçün Azərbaycanda keçirilən səsvermənin nəticələri açıqlanıb. Rəsmi nəticələrə əsasən, Azərbaycanda ən çox səs hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğana verilib. 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən səsvermə prosesində seçicilərin 49.42 faizi (3642 səs) AKP sədri Rəcəb Tayyib Ərdoğana, 41,92 faizi, (2768 səs) CHP sədri Kamal Kılıçdaroğluna səs verib. Sezar pizza

Bundan əlavə, Sinan Oğan 6,42 %, (424 səs), prezidentlikdən çəkilmiş Muharrem İncə isə 2,24 %,(14 səs) alıb.

Azərbaycanda 6 603 Türkiyə vətəndaşı səs verib, seçici fəallığı 60% olub.

Xatırladaq ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları 5,6 və 7 may tarixlərində səsvermədə iştirak ediblər. Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malik olub.

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb - red.) səs qazanıb.

Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!