Azərbaycanda ən uzun müddət vəzifədə qalan məmur – 27 illik hakimiyyət yolu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ən uzun müddət vəzifədə qalan məmur – 27 illik hakimiyyət yolu

Siyasət

11 Aprel 2022 15:47 1394


Azərbaycanda ən uzun müddət eyni vəzifədə qalan məmurlardan biri – Mərkəzi Bankın sədri Elman Rüstəmov postundan uzaqlaşdırılır.

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib. Sabah Milli Məclisin bu haqda qərar verəcəyi gözlənilir.

Elman Rüstəmov Azərbaycanın müstəqilliyinin ilk illərində yüksək vəzifəyə təyinat alan şəxslərdəndir. 1952-ci ildə Cəbrayıl rayonunda anadan olan Rüstəmov 1991- 1992-ci illərdə Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib. AXC hakimiyyəti dönəmində - 1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə, 1995-ci ilin yanvarında isə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. pizza hut

O, həmin vaxtdan bu günə qədər – 27 ildir eyni vəzifəni daşıyır. Hazırda Rüstəmovun 70 yaşı var. 

Elman Rüstəmov devalvasiya zamanları cəmiyyətin və medianın hədəfində olub. Bundan başqa məşhur bankir övladları ilə bağlı da bir neçə dəfə gündəmə gəlib. Bildirək ki, Rüstəmov  Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadə ilə qudadır. Rüstəmovun qızı Əhmədzadənin oğlu ilə ailə həyatı qurub.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!