Azərbaycanda ev bayram şamından yandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ev bayram şamından yandı

Hadisə

18 Mart 2020 13:58 386


Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Yeni Sabah" bildirir ki, hadisə bu gecə Xırmandalı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Niyaz Əsədova məxsus birmərtəbəli evdə yanğın olub. Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb edilərək söndürülüb.  Toyuqlu pizza

Nəticədə ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin iki otağının yanar kosntruksiyaları 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, ev bayram şamının aşması nəticəsində yanıb.

Faktla bağlı araşdırma aparılır. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!