Azərbaycanda FACİƏ: Yaşlı qadın evində diri-diri yandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda FACİƏ: Yaşlı qadın evində diri-diri yandı

Hadisə

17 Aprel 2022 00:11 616


Zərdabda baş verən yanğında 1 nəfər yanaraq ölüb. 

Yenisabah.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə aprelin 16-ada saat 22:00 radələrində rayonun Çallı kəndində qeydə alınıb. 

Kənd sakini, 1936-cı il təvəllüdlü Faizə Süleymanovaya  məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Ev tamamiilə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.  pizza

Hadisə yerinə baxış keçirilərkən ev sahibi F. Süleymanovanın yanmış meyiti aşkar olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. 

Fakt araşdırılır.                          


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!