Azərbaycanda hansı qida məhsulları bahalaşıb? - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hansı qida məhsulları bahalaşıb? - Statistika

İqtisadiyyat

11 Avqust 2025 14:02 359


Azərbaycanda cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyü, mal və qoyun əti, kolbasa məmulatları, günəbaxan və qarğıdalı yağları, limon, albalı, gilas, ərik, göyərti və şokolad məmulatlarının qiymətlərində müşahidə edilib.

Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadlan xəbər verir ki, ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində olub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!