Azərbaycanda həkim baş həkimi bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda həkim baş həkimi bıçaqladı

Kriminal

05 Avqust 2019 19:57 1832


Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə axşam saat 17:00 radələrində Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb. 

Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. Pepperoni pizza

Belə ki, P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxsaylı qan itirib. Onun Sumqayıtda "Şəfqət" klinikasında əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirlir.

P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

APA

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!