İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.
“Yeni Sabah” xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.
Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub. Dominos pizza
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız