Azərbaycanda İLK - Aparıcı xına seminarı keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda İLK - Aparıcı xına seminarı keçirəcək

Şou

04 İyul 2024 00:03 1211


Aparıcı, bloger Çinarə Əliyeva xına seminarı keçirəcək. Bakıda ilk dəfə belə bir seminarın keçiriləcəyini bildirən aparıcı məqsədinin gənc xanımlara xına mərasiminin adət-ənənələrini öyrətmək olduğunu deyib.

Yenisabah.az Ç.Əliyevanın keçirəcəyi seminar qiymətlərini araşdırıb.

Məlum olub ki, iyul ayının sonu keçiriləcək seminar iki gün davam edəcək, seminar sadə və VİP paket şəklində olacaq. Dominos pizza

Ç.Əliyeva iştirakçılardan sadə paket üçün 700, VİP paket üçünsə, 1500 manat tələb edir.

Seminarda Çinarə Əliyevanın təqdimatında yeni başlayanlar üçün sıfırdan aparıcılıq, xına təşkili, xına mərasimində keçirilən adət-ənənələr, şeirlər, “haqışdalar” öyrədiləcək.

Bundan əlavə iştirakçılara “İnstagram” üzrə düzgün idarəetmə, müştərilərlə danışıq qaydası, dekorların düzgün təşkil edilməsi də öyrədiləcək.

Aparıcının 1500 manatlıq VİP seminar paketi isə sadə paketdən bir qədər fərqlənir.

VİP seminarın iştirakçıları təlimin ikinci günü səhnəyə çıxacaq və səhnədə danışıqlarına düzəlişlər ediləcək daha sonra onlar Çinarə Əliyeva ilə birlikdə xına mərasiminə gedəcəklər.

Seminarda tanınmış simalar, furşet masa, peşəkar çəkiliş qrupu da olacaq.

Onun bu cür seminar keçirməsi isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, bəzi istifadəçilər bu addımı mənasız və ya “pul tələsi” olaraq qiymətləndirib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!