Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ilk dəfə bioplastik zavodu tikiləcək - Video

İqtisadiyyat

11 Dekabr 2019 17:58 1395


Azərbaycanda ilk bioplastik zavodu tikiləcək. Bu gün zavodun tikintisinə dair ilkin müqavilələr imzalanıb. 

"Yeni Sabah" xəbər verir ki, Azərbaycanda Bioplastik zavod tikintisi üçün İnnovasiyalar Agentliyinin dəstəyi ilə “TechnipFMC” və “Yeni Kapital” şirkətləri arasında bioplastik – PLA layihəsinə dair ilkin müqavilə imzalanıb.  

Tikintinin Yüksək Texnologiyalar Parkında aparılması nəzərdə tutulur. Bu, layihəyə vergi və gömrük güzəştlərini təmin edəcək.    pizza hut

Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan karbon qazının həcmi sıfıra bərabərdir. Layihə sayəsində Azərbaycana hər il 100 milyon dollardan çox valyuta daxil olması gözlənilir. 

Zavodun tikinti və quraşdırılmasında 1000-dən artıq mühəndis və inşaatçı çalışacaq.  /oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!