Azərbaycanda jurnalist tibbi əməliyyat zamanı komaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda jurnalist tibbi əməliyyat zamanı komaya düşdü

Hadisə

25 Fevral 2023 14:26 1180


Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.

Yenisabah.az Medicina.az-a istinadən xəbər verir ki, jurnalist “Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən əməliyyat olunub.

Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir. Marqarita pizza

Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.

Qeyd edək ki, S.Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!