Azərbaycanda koronavirusa yoluxanların çoxu bu səbəbdən ölürlər

Azərbaycanda koronavirusa yoluxanların çoxu bu səbəbdən ölürlər

Sağlamlıq Veb saytların hazırlanması

23 Noyabr 2021 08:57 1315


“Hazırda əgər ölkədə yeni ştam yoxdursa, virusa yoluxanların sayında elə də güclü artım müşahidə olunmayacaq".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. Mütəxəssis bildirib ki, ağırlaşan xəstələrin böyük əksəriyyəti vaksin olunmayan və yaxud da saxta vaksin sənədi olanlardır:

"Artıq 3-cü doza vaksinlərin vaxtıdır. Əhali bir qədər ləngiyir, hazırda yoluxanların sayında müşahidə edilən artım da bu səbəbdəndir. 3-cü doza vaksinlər vaxtında vurulsa düşünmürəm ki, bizdə koronavirusun növbəti dalğası olacaq. Çünki əhalinin böyük əksəriyyəti artıq yoluxub, yoluxmayanlar vaksinasiya olub. Təbii və ya süni şəkildə immunitet var. Sadəcə olaraq, vaksinasiyanın müddəti bitənlər və çoxdan xəstələnənlər təkrar yoluxduğuna görə bu rəqəmlər bir qədər yüksəlib, bundan artıq yüksələcəyini düşünmürəm.

Pandemiyanın nə zaman bitəcəyini də hələ proqnozlaşdıra bilmərik. Hətta 5-ci doza vaksin üzərində də işlər gedirsə, bu o deməkdir ki, pandemiyanın yaxın gələcəkdə bitəcəyi gözlənilmir. Artıq 3-cü, 4-cü doza vaksindən sonra 5-ci dozaya hazırlıq gedir. 

Xəstəliyin ağırlıq dərəcəsi əvvəlkilərlə müqayisədə orta-ağırdır. Əvvəlki dalğalar zamanı xəstəliyin dərəcəsini ağır qiymətləndirirdik, hazırda orta-ağır kimi qiymətləndirmək olar. Çünki yoluxanlar yanaşı xəstəlikləri olsa belə, xəstəliyi çox ağır keçirmirlər. Hətta sorğu nəticəsində məlum olub ki, stensionara düşən, ağırlaşan xəstələrin böyük əksəriyyəti vaksin olunmayan və yaxud da saxta vaksin sənədi olanlardır. 

Ölüm sayının əvvəlkilərlə müqayisədə az olmamasının xəstəliyin ağırlıq dərəcəsi ilə heç bir əlaqəsi yoxdur. Bu, hazırkı məqamda bir qədər bəzi tibb işçilərinin səhlankarlığından irəli gəlir, birdə ki, əhalinin saxta vaksin sənədi almasının nəticəsidir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!