Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı,   19 nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı, 19 nəfər öldü - Foto

Sağlamlıq

13 Noyabr 2021 18:40 1452


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 001 yeni yoluxma faktı qeydə alınıb, 2 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 558 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 250 nəfər müalicə olunaraq sağalıb, 7 416 nəfər vəfat edib. 30 765 nəfər aktiv xəstə sayını təşkil edib. Dominos pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 099, bu günə qədər isə ümumilikdə 5 347 509 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!