Azərbaycanda koronavirusa yoluxma sayı azaldı,   13 nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı, 13 nəfər öldü - Foto

Sağlamlıq

08 Oktyabr 2021 18:46 1310


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 490 130 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 470 861 nəfər müalicə olunaraq sağalıb, 6638 nəfər vəfat edib, aktiv xəstə sayı 12 631 nəfərdir. pizza sifarişi

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9664, ötən müddət ərzində isə ümumilikdə 4 932 673 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!