Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini keçdi,   13 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini keçdi, 13 nəfər öldü

Sağlamlıq

25 Yanvar 2022 17:42 1619


Azərbaycanda son sutkada koronavirusa 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 636 956 nəfər koronavirus infeksiyasına yoluxub. pizza mizza

Onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib, aktiv xəstə sayı 10 533 nəfərdir.

Ölkədə son sutka ərzində 11 525, hazırkı dövrədək isə 6 081 949 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!