Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı,   24 nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı, 24 nəfər öldü - Foto

Sağlamlıq

08 Noyabr 2021 19:09 2467


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1310 yeni yoluxma faktı qeydə alınıb, 1445 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 548 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 509 201 nəfər müalicə olunaraq sağalıb, 7 293 nəfər vəfat edib, aktiv xəstə sayı 32 097 nəfərdir. Dominos pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 034, ötən müddət ərzində isə ümumilikdə 5 292 250 test aparılıb.Azərbaycanda son sutkada 1310 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!