Azərbaycanda koronavirusa yoluxma sayı azaldı,  26 nəfər öldü - Foto

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı, 26 nəfər öldü - Foto

Sağlamlıq Veb saytların hazırlanması

11 Fevral 2022 18:43 1039


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 603 yeni yoluxma faktı qeydə alınıb, 6 347 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 732 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 256 nəfər müalicə olunaraq sağalıb, 8 998 nəfər vəfat edib, aktiv xəstə sayı 51 126 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 401, ötən müddət ərzində isə ümumilikdə 6 352 994 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!