Azərbaycanda koronavirusa yoluxma sayı azaldı,   22 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı, 22 nəfər öldü

Sağlamlıq

27 Fevral 2022 15:45 674


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 041 yeni yoluxma faktı qeydə alınıb, 2 693 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 785 301 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 764 283 nəfər müalicə olunaraq sağalıb, 9 400 nəfər vəfat edib, aktiv xəstə sayı 11 618 nəfərdir. Dominos pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 849, ötən müddət ərzində isə 6 551 104 ümumilikdə test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!