Azərbaycanda koronavirusa yoluxma sayı kəskin azaldı,  27 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxma sayı kəskin azaldı, 27 nəfər öldü

Sağlamlıq

14 Fevral 2022 18:39 994


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 749 yeni yoluxma faktı qeydə alınıb, 3 971 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 747 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9 077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 251, ötən müddət ərzində isə ümumilikdə 6 398 476 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!