Azərbaycanda koronavirusa yoluxma sayı yenə 2 mini keçdi,   28 nəfər öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxma sayı yenə 2 mini keçdi, 28 nəfər öldü - Foto

Sağlamlıq

30 Oktyabr 2021 15:40 1599


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2189 yeni yoluxma faktı qeydə alınıb, 1585 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 529109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib. 29 686 nəfər aktiv xəstə sayını təşkil edib. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, bu günə qədər isə ümumilikdə 5 183 839 icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!