Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı,   28 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı, 28 nəfər öldü

Sağlamlıq

15 Fevral 2022 18:38 1254


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 687 yeni yoluxma faktı qeydə alınıb, 6 506 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 752 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 565 nəfər müalicə olunaraq sağalıb, 9 105 nəfər vəfat edib, aktiv xəstə sayı 46 935 nəfərdir. Toyuqlu pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 682, ötən müddət ərzində isə ümumilikdə 6 414 158 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!