Azərbaycanda koronavirusdan daha 4 nəfər vəfat etdi

Azərbaycanda koronavirusdan daha 4 nəfər vəfat etdi

Sağlamlıq

19 Mart 2022 18:41 2255


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 116 yeni yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 771 nəfər müalicə olunaraq sağalıb, 9 651 nəfər vəfat edib, aktiv xəstə sayı 982 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 144, ötən müddət ərzində isə ümumilikdə 6 662 084 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!